“Qarabağ” Avropa Liqasının 1/8 finalında!
23 fevral 2024 00:24 (UTC +04:00)

“Qarabağ” Avropa Liqasının 1/8 finalında!

“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda doğma azarkeşləri önündə Portuqaliya klubu “Braqa”nı qəbul edib.

Lent.az xəbər verir ki, Azərbaycan çempionu saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxıb.

Qurban Qurbanovun yetirmələri ilk matçda qazandıqları 4:2 hesablı oyunun üstünlüyünü qoruyaraq, 1/8 finala keçmək və tarix yazmaq üçün mübarizə aparıblar. 

Qeyd edək ki, “CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanan oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edib.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunu

22 fevral

21:45. “Qarabağ” (Azərbaycan) – “Braqa” (Portuqaliya) 1:3

Qollar: Mateus Silva, 102 - Rocer Fernandes, 70, Alvaro Calo, 83, Simon Banza, 113-p.

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 56

"Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo.
“Braqa”: 1. Mateus, 4. Siku Niakate, 15. Paulu Oliveyra, 2. Viktor Qomeş, 26. Kristian Borxa, 16. Rodriqo Salasar, 22. Pittsi, 28. Joau Moutinyu, 11. Rocer Fernandeş, 23. Simon Banza, 9. Abel Ruis.
Baş hakim: Georgi Kabakov
Baş hakimin köməkçiləri: Martin Marqaritov, Diyan Valkov
Dördüncü hakim: Nikola Popov
VAR: İvaylo Stoyanov
AVAR: Draqomir Draqanov
Hakim-inspektor: Petteri Kari (Finlandiya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

İlk oyun - 4:2.

# 3324
avatar

Oxşar yazılar