PSJ lazımsız  ulduzların siyahısını   hazırladı
09 may 2022 16:38 (UTC +04:00)

PSJ lazımsız ulduzların siyahısını hazırladı

Fransa çempionunun rəhbərliyi komandanın genişmiqyaslı yenilənməsini planlaşdırır. Məşqçilər heyətində də dəyişikliklər gözlənilir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Liqa 1-in bitməsinə 3 tur qalmış PSJ onuncu yubiley çempionluğunu elan edib. Bununla belə, rəhbərlik əldə etdikləri nailiyyətlərlə kifayətlənmək fikrində deyillər və yayda klubu tərk edəcək futbolçuların siyahısı hazırlanır.

“Le Parisien”in məlumatına görə, siyahıda əsas komandanın beş futbolçusu yer alıb. Bunlar qapıçı Keylor Navas, müdafiəçilər Kolin DaqbaLayven Kurzava, hücumçu Mauro İkardi və cinah hücumçusu Anxel Di Mariadır.

Əgər klub rəhbərləri ilk dörd oyunçuya görə pul alacaqlarsa, o zaman argentinalı Anxel Di Maria azad agent kimi PSJ-dən ayrılacaq.

Maurisio Poçettinonun PSJ-in baş məşqçisi kimi qalmaq perspektivləri də illüziyadır. Əfsanəvi Zinəddin Zidan yayda argentinalı mütəxəssisi əvəz edə bilər. Klub rəhbərləri Avropa arenasında gələcək uğurlarını onun gəlişi ilə əlaqələndirirlər.

Paris klubunun əsas ulduzları olan Mbappe, Neymar və Messini komandada saxlaya biləcəkləri isə sirr kimi qalır. Ancaq son məlumata görə, PSJ-nin rəhbərliyi Mbappenin komanda ilə müqaviləsini uzatmaqla bağlı razılığa gəlib.  

Qeyd edək ki, Kilian Mbappenin yayda Madridin “Real” klubuna keçəcəyi ilə də bağlı iddialar səslənirdi.
 

# 3657
avatar

Oxşar yazılar