“Mançester Yunayted”i almaq istəyən KİMDİR?
18 avqust 2022 22:53 (UTC +04:00)

“Mançester Yunayted”i almaq istəyən KİMDİR?

“Mançester Yunayted”in sahibi dəyişə bilər.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, böyük britaniyalı milyarder Cim Retkliff Premyer Liqa klubunu almağa qərar verib.

“Nitsa” və “Lozanna”nın sahibi olan funksioner Mançester təmsilçisini də ələ keçirmək istəyir. Klubun hazırkı bazar qiyməti 5 milyard funt sterlinqdir.

Qeyd edək ki, “Mançester Yunayted”in indiki sahibi Malkolm Qleyzer klubu 2005-ci ildə alıb.
 

# 1608
avatar

Oxşar yazılar