İngiltərə millisindən getdi
16 iyul 2024 14:33 (UTC +04:00)

İngiltərə millisindən getdi

İngiltərə millisi Qaret Sautqeytin baş məşqçi postundan getdiyini açıqlayıb.

“İngiltərədə oynamaq və məşqçilik etmək şərəf idi. Bu mənim üçün hər şey demək idi və mən ona hər şeyimi verdim. Ancaq dəyişiklik və yeni bir fəsil üçün vaxt gəldi", - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Sautqeyt deyib. 

53 yaşlı mütəxəssis İngiltərə millisinə 2016-cı ildən başçılıq edir. Onun rəhbərliyi altında milli komanda 102 oyun keçirib (64 qələbə, 18 məğlubiyyət və 20 heç-heçə).

Sautqeytin rəhbərliyi altında İngiltərə ardıcıl iki Avropa çempionatının finalına yüksəlib və hər iki dəfə məğlub olub.

2018-ci il dünya çempionatında britaniyalılar dördüncü yeri tutublar, 2022-ci il dünya çempionatında isə dörddəbir finalda mübarizədən kənarlaşdırılıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Oxşar yazılar