"Borussiya"nın mərkəzi müdafiəçisi Mats Hummels baş məşqçi Edin Terziçlə münasibətləri pis olduğu üçün Dortmund klubunu tərk edə bilər.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə jurnalist Nikolo Skira X (əvvəllər Twitter) sosial şəbəkəsində məlumat verib.
Xatırladaq ki, Hummels 2009-2016-cı illərdə və 2019-cu ildən bu günə kimi "Borussiya"da çıxış edir. Ötən mövsüm 35 yaşlı Hummels bütün yarışlarda 40 oyunda iştirak edib, 4 qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin iyulunda başa çatır.
Qeyd edək ki, bu gün jurnalist Fabritsio Romano Dortmund "Borussiya"sının rəhbərliyinin baş məşqçi Edin Terziçlə müqaviləni uzatmağı planlaşdırdığı barədə məlumat yayıb. Onun rəhbərliyi altında klub 2023/2024 mövsümünün sonunda Bundesliqada beşinci yeri tutub.
“Borrusiya” 34 oyunda 63 xal toplayıb. Dortmundlular Çempionlar Liqasının finalına da çıxıblar və bu oyunda Madrid “Real”ına 0:2 hesabı ilə uduzublar.