"Barselona" bombardiri  alır - kimi satacaq?
19 iyul 2024 09:35 (UTC +04:00)

"Barselona" bombardiri alır - kimi satacaq?

"Barselona" "RB Leipzig"in hücumameyilli yarımmüdafiəçisi Dani Olmonu transfer etsə, böyük satışla üzləşə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, klub Olmo sövdələşməsinin uğurlu olacağı təqdirdə kimin satışa çıxarılacağına artıq qərar verib. Bu oyunçunun adı hələ açıqlanmayıb, lakin mənbə onu “gözlənilməz” adlandırıb.

Olmo klub və milli komandanın heyətində bütün yarışlarda 33 matçda iştirak edib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.

İspaniya millisinin heyətində yarımmüdafiəçi 2024-cü ildə Almaniyada keçirilən Avropa çempionatının qalibi, həmçinin üç qol vuraraq turnirin bombardiri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537
avatar

Oxşar yazılar