Azərbaycan çempionatının  püşkü atıldı
15 iyul 2022 16:26 (UTC +04:00)

Azərbaycan çempionatının püşkü atıldı

Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, tədbir AFFA-nın inzibati binasında baş tutub.

Mərasimdə yeni mövsümün ilk turunun cütləri də dəqiqləşib. Premyer Liqanın 10 iştirakçısı avqustun 5-də start götürəcək turdakı rəqiblərini tanıyıb. Mövsümün tam təqvimi isə yaxın günlər ərzində Peşəkar Futbol Liqası tərəfindən təsdiqlənəcək.

Azərbaycan Premyer Liqası
I tur

5 avqust

"Kəpəz" - "Zirə"

"Şamaxı" - "Neftçi"

"Turan Tovuz" - "Qəbələ"

"Qarabağ" - "Səbail"

"Sabah" - "Sumqayıt"

# 1407
avatar

Oxşar yazılar