İddiaçılar turnirində Rəcəbov və Məmmədyarovun rəqibləri məlum oldu
07 fevral 2011 18:00 (UTC +04:00)

İddiaçılar turnirində Rəcəbov və Məmmədyarovun rəqibləri məlum oldu

0
Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov rusiyalı Vladimir Kramnikə, Şəhriyar Məmmədyarov isə israilli Boris Gelfanda rəqib olub.

Bolqarıstanlı Veselin Topalov amerikalı Qata Kamski, ermənistanlı Levon Aronyan rusiyalı Aleksandr Qrişukla üz-üzə gələcək. Şahmatçıların hansı fiqurlarla oynayacağı püşkatma nəticəsində müəyyənləşəcək.

Növbəti mərhələ Kramnik – Rəcəbov matçının qalibi Aronyan – Qrişuk, Topalov – Kamski görüşünün qalibi isə Gelfand – Məmmədyarov görüşündə qələbə qazananla üz-üzə gələcək.

Turnirə mayın 27-də keçiriləcək final matçı ilə yekun vurulacaq. Qalib son dünya çempionu, hindistanlı Vişvanatan Anandla görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 630

Oxşar yazılar