İspaniya Kubokunda “Real” - “Barselona” finalı
03 fevral 2011 11:12 (UTC +04:00)

İspaniya Kubokunda “Real” - “Barselona” finalı

0
Lent.az-ın məlumatına görə, bu, yarımfinal mərhələsinin cavab görüşlərindən sonra məlum olub.

“Real” öz meydançasında “Sevilya”nı yenib – 2:0. Qolları 82-ci dəqiqədə Almaniya yığmasının yarımmüdafiəçisi Məsut Özil açıb. Sona 7 dəqiqə qalmış meydançaya daxil olan yeni transfer Emmanuel Adebayor isə 90-cı dəqiqədə yekun nəticəni müəyyənləşdirib. İlk oyunda da “kral klubu” qalib gəlmişdi – 1:0. “Barselona” isə “Almeriya”nı 5:0 və 3:0 hesabı ilə məğlub edib. Final görüşü aprelin 20-də olacaq.

Qeyd edək ki, 1902-ci ildən keçirilən İspaniya Kubokunu ötən mövsüm “Sevilya” qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 949

Oxşar yazılar