Dünya çempionatı: Turan Mirzəyev qrupda birinci, yekunda 16-cı oldu
Lent.az-ın məlumatına görə, artıq 77 kq çəki dərəcəsində çıxış etmiş Turan Mirzəyevin də yekun nəticəsi müəyyənləşib.
C qrupunda çıxış etmiş Mirzəyev birdən 138 kq, təkanla 184 kq ağırlıq qaldırıb. Yekun nəticədə 322 kq ağırlığın öhdəsindən gələn 30 yaşlı idmançımız öz qrupunda 1-ci yeri tutub. Lakin B və A qruplarındakı mübarizə də tamamlandıqdan sonra ağırlıqqaldıranımızın 16-cı yeri tutduğu məlum olub.
Qeyd edək ki, 85 kq çəkidəki təmsilçimiz Nailxan Nəbiyev də çıxışlarını başa vurub. C qrupunda mübarizə aparan Nəbiyev birdən 152 kq, təkanla 186 kq ağırlıq qaldırıb və iki hərəkətin cəmində 338 kq nəticə ilə qrupda 5-ci olub. Onun yekun nəticəsi isə sentyabrın 24-də B və A qrupundakı mübarizə tamamlandıqdan sonra müəyyənləşəcək.

Oxşar yazılar

"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06