Azərbaycan Kuboku: “Qala”dan “Şuşa”ya
18 oktyabr 2012 12:28 (UTC +04:00)

Azərbaycan Kuboku: “Qala”dan “Şuşa”ya

Futbol üzrə Azərbaycan Kubokunda 1/16 final mərhələ matçlarının başlama saatı və yeri açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, açılış oyunu oktyabrın 22-də Bakının Zirə qəsəbəsində I divizionun debütantı “Qala” ilə Gəncə “Kəpəz”i arasında keçiriləcək.

Matç saat 17:00-da başlanacaq. Saat 15:00-da startı veriləcək qalan 4 oyun oktyabrın 24-də olacaq:

22 oktyabr (bazar ertəsi)

17:00. “Qala” (Bakı) – “Kəpəz” (Gəncə)
Bakı. Zirə qəsəbə idman kompleksinin stadionu

24 oktyabr (çərşənbə)

15:00. “Tərəqqi” (Gəncə) – “Ağsu”
Gəncə şəhər stadionu

15:00. “Qaradağ Lökbatan” (Bakı) – “Lokomotiv” (Bakı)
Bakı. Lökbatan olimpiya idman kompleksinin stadionu

15:00. MOİK (Bakı) – “Bakılı”
Bakı. “Ədliyyə” stadionu

15:00. “Şuşa” – “Neftçala”
Bakı. “Şəfa” stadionu, 4-cü meydança.

Tək oyunla müəyyən olunacaq 5 qalib 1/8 finala vəsiqə qazanacaq.
# 1130

Oxşar yazılar