Dünyanın simvolik yığması – VERSİYA
Müxtəlif ölkələrin çempionatlarında çıxış edən futbolçulardan ibarət simvolik komandanın tərkibi açıqlanıb. Lent.az-ın məlumatına görə, “11-lik” milli komandaların oyunları ilə əlaqədar fasilə müddətində “Eurosport”un keçirdiyi sorğu nəticəsində müəyyənləşib.
Simvolik komanda 4-5-1 taktiki sxemi üzrə hazırlanıb. 11 futbolçudan hərəyə 3-ü İngiltərənin “Mançester Siti” və İspaniyanın “Barselona” klublarında çıxış edir. Fransa PSJ-si 2, Almaniya “Bavariya”sı, İtaliya “Yuventus”u və İspaniya “Real Madrid”i hərəyə 1 oyunçu ilə təmsil olunur.
Ən yaxşı qapıçı adına İngiltərə millisi və “Mançester Siti”də çıxış edən Co Hart layiq görülüb. Dani Alves (“Barselona”, Braziliya), Vensan Kompani (“Mançester Siti”, Belçika), Tyaqu Silva (PSJ, Braziliya) və Filipp Lam (“Bavariya”, Almaniya) ən yaxşı müdafiəçilər sayılıblar. Ən yaxşı yarımmüdafiəçilər sırasına Yaya Ture (“Mançester Siti”, Kot d İvuar), Andrea Pirlo (“Yuventus”, İtaliya), Andres İnyesta (“Barselona”, İspaniya), Kriştianu Ronaldu (“Real Madrid”, Portuqaliya) və Lionel Messi (“Barselona”, Argentina) daxil edilib. Yeganə mərkəz hücumçusu qismində isə Zlatan İbrahimoviçin (PSJ, İsveç) adı çəkilib.
Qeyd edək ki, sorğuya “Eurosport”un İngiltərə, Almaniya, İspaniya, Fransa, İtaliya, Polşa, İsveç, Türkiyə və BƏƏ-dəki bürolarının əməkdaşları qatılıblar.

Oxşar yazılar

Azərbaycanlı yüngül atlet qızıl medal qazandı
28 iyul 2025 , 01:31
Markus Reşfordun sərt “Barselona” qaydalarına uyğun yeni maşını
27 iyul 2025 , 11:03
"Real" ən bahalı futbolçunu alır - Vinisiusu o əvəzləyəcək
26 iyul 2025 , 17:58
"Barselona" futbolçulara şənlik etməyi qadağan etdi
26 iyul 2025 , 15:09
Azərbaycan klubu bütün futbolçuları ilə vidalaşdı
26 iyul 2025 , 13:16
"Real" Vinisiusu satacaq - SƏBƏB
26 iyul 2025 , 13:01
MLS Messini cəzalandırdı
26 iyul 2025 , 09:41