Tanınmış boksçu mavi olduğunu fəxrlə boynuna aldı
04 oktyabr 2012 19:16 (UTC +04:00)

Tanınmış boksçu mavi olduğunu fəxrlə boynuna aldı

Puerto-Riko boksçusu Orlando Krus qeyri-ənənəvi seksual orientasiyaya mənsub olduğunu etiraf edib. Lent.az-ın məlumatına görə, 31 yaşlı idmançı “mavi” olması ilə fəxr etdiyini açıqlayıb.

O deyib: “Artıq 24 ildir ki, yaxşı idmançı karyerası keçirir, boksçu kimi inkişaf edir və sadəcə, özüm olmaq istəyirəm. Mən boksda peşəkar yola yenicə başlayan gənc idmançılar üçün nümunə olmaq arzusundayam. Puerto-Riko vətəndaşı olmağımla həmişə fəxr etmişəm və fəxr edirəm ki, “mavi”yəm”.

Qeyd edək ki, vaxtilə Yay Olimpiya Oyunlarında da döyüşmüş Orlando Krus yarıyüngül çəkidə WBO (Ümumdünya Boks Təşkilatı) versiyası üzrə reytinq siyahısında 4-cü yeri tutur.
# 2668

Oxşar yazılar