İstanbulda “Azərbaycan günü” keçiriləcək
07 sentyabr 2012 14:34 (UTC +04:00)

İstanbulda “Azərbaycan günü” keçiriləcək

Sentyabrın 7-də Türkiyənin İstanbul şəhərində “Azərbaycan günü” keçiriləcək. Lent.az-ın İstanbula ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, təntənəli mərasim Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyası (AŞF) tərəfindən təşkil olunacaq.

“Polat Renaissance” otelinin “Daphne” restoranında keçiriləcək tədbir yerli vaxtla saat 20:00-da başlanacaq. Təşkilatçılar qonaqların rahat gəlişi üçün avtobuslar da ayırıblar.

Qeyd edək ki, hazırda Azərbaycan gənclər və idman naziri Azad Rəhimovla AŞF rəsmiləri İstanbuldadırlar. Onlar Ümumdünya Şahmat Olimpiadasında və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 83-cü konqresində iştirak üçün Türkiyənin ən böyük şəhərinə gəliblər. Amma əsas məqsəd Bakı şəhərinin 2016-cı il Şahmat Olimpiadasına namizədliyinin təqdimatı və bununla bağlı sentyabrın 8-də keçiriləcək seçkilərdə iştirakdan ibarətdir.

Elşən MƏMMƏDOV
# 872

Oxşar yazılar