Premyer Liqanın ən yaxşı futbolçusu “Mançester Yunayted”də
Lent.az-ın “qırmızı şeytanlar”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı hücumçu tibbi müayinədən keçdikdən və şəxsi müqavilə şərtlərini həll etdikdən sonra müqaviləyə imza atacaq.
Ötən mövsüm Premyer Liqanın ən yaxşı oyunçusunun keçidi “mankunianlar”a 22,5 milyon funt sterlinqə başa gəlib. Van Persi ilə “Mançester Siti”, Fransa PSJ-si və İtaliya “Yuventus”u da maraqlanırdı. Onun özü isə “Arsenal”la 2012-2013-cü il mövsümünün sonunda başa çatacaq müqaviləsini uzatmayacağını bildirirdi. Futbolçunu baş məşqçi Arsen Venger və klub rəhbərliyinin seçdiyi inkişaf istiqaməti qane etmirdi.
Qeyd edək ki, Robin van Persi “Arsenal”da 2004-cü ildən çıxış etməyə başlayıb. O, Sesk Fabreqasın İspaniya “Barselona”sına gedişindən sonra komandanın kapitanı təyin olunub. Hollandiyalı hücumçu ötən mövsüm 30 qolla Premyer Liqanın bombardiri sayılıb. Lakin “Arsenal” 3-cü, “Mançester Yunayted” 2-ci yeri tutub.

Oxşar yazılar

Azərbaycanlı yüngül atlet qızıl medal qazandı
28 iyul 2025 , 01:31
Markus Reşfordun sərt “Barselona” qaydalarına uyğun yeni maşını
27 iyul 2025 , 11:03
"Real" ən bahalı futbolçunu alır - Vinisiusu o əvəzləyəcək
26 iyul 2025 , 17:58
"Barselona" futbolçulara şənlik etməyi qadağan etdi
26 iyul 2025 , 15:09
Azərbaycan klubu bütün futbolçuları ilə vidalaşdı
26 iyul 2025 , 13:16
"Real" Vinisiusu satacaq - SƏBƏB
26 iyul 2025 , 13:01
MLS Messini cəzalandırdı
26 iyul 2025 , 09:41