Zirə qəsəbəsini  susuz qoyanlar   tutuldu
23 yanvar 2023 12:31 (UTC +04:00)

Zirə qəsəbəsini susuz qoyanlar tutuldu

Bakıda elektrik naqili oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə Xəzər rayonunun Zirə qəsəbəsində baş verib.

Qəsəbə ərazisində su təsərrüfatının elektrik tənzimləyicisinə gedən elektrik naqilinin 396 metrinin qeyri-aşkar şəraitdə oğurlanması barədə 1-ci Polis Şöbəsinə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Şirinov, Şəki rayon sakini Sərvan Süleymanov və Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Babək Əliabbasov müəyyən olunaraq saxlanılıblar. 

Faktla bağlı araşdırma aparılır.

# 1473
avatar

Arzu Qurbanlı

Oxşar yazılar