Zaqatalada GECƏ REYDİ:   xeyli sürücü saxlanıldı - FOTO
07 noyabr 2023 08:38 (UTC +04:00)

Zaqatalada GECƏ REYDİ: xeyli sürücü saxlanıldı - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntuları törədən, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində avtomobillərində konstruksiya dəyişikliyinə yol verən, sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə sükan arxasına əyləşən, dövlət qeydiyyat nişanı yerində olmayan,nəqliyyat vasitələrinə kustar üsulla hazırlanmış pərdələr quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtoxuliqanlıq edən və digər qayda pozuntuları törədən intizamsız sürücülər aşkar olunub.

Onların avtomobilləri müvəqqəti duracağa yerləşdirilib və barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və sürücülərin maarifləndirilməsi məqsədilə yol polisi əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdiriləcək.

# 6096
avatar

Oxşar yazılar