Zaqatalada avtomobil yandı
21 iyul 2022 20:57 (UTC +04:00)

Zaqatalada avtomobil yandı

Zaqatalada minik avtomobili yanıb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Nəbi Abdulla oğlu Əliyevə məxsus “VAZ-2106” markalı 99 TX 858 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin mühərrik bölməsinin yanar konstruksiyaları yanıb. Yanğının salona keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.
 

# 1524
avatar

Oxşar yazılar