Zaqatalada 84 yaşlı qadın özünü fındıq ağacından  asdı
04 iyun 2023 20:56 (UTC +04:00)

Zaqatalada 84 yaşlı qadın özünü fındıq ağacından asdı

Zaqatalada 84 yaşlı qadın özünü fındıq ağacından asıb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Danaçı kəndində baş verib.

Kənd sakini, 1939-cu il təvəllüdlü Sona Yumuxovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki fındıq ağacından asılı vəziyyətdə aşkar edilib.

Bildriilib ki, S.Yumuxova əsəb xəstəliyindən əziyyət çəkirdi.

İlkin versiyaya görə o, bu səbəbdən intihar edib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Vüqar Heydərov

# 18441
avatar

Oxşar yazılar