Xuliqanlıqda ittiham olunan MMA döyüşçüsü azadlığa buraxıldı
24 aprel 2024 12:45 (UTC +04:00)

Xuliqanlıqda ittiham olunan MMA döyüşçüsü azadlığa buraxıldı

Xuliqanlıqda ittiham olunan MMA döyüş növü üzrə idmançı Vüqar Kərəmov azadlığa buraxılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsi qərar çıxarıb.

Vüqar Kərəmovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatı təmim edilməyib və onun basindı polis nəzarəti qətimkan tədbiri seçilib. Vüqar Kərəmov məhkəmə zalından azadlığa buraxılıb.

Həmçinin xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Qərara əsasən, təqsirləndirilən şəxslərin hər birinin barəsindəki həbs qətimkan tədbiri daha 1 ay uzadılıb.

Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və 3 tələbəsinin digər MMA döyüşçüsü Həsən Əzizovun şikayəti əsasında açılmış cinayət işi üzrə həbs edilməsi məlum olub.

Belə ki, ilkin məlumata görə, bir neçə ay əvvəl Dənizkənarı Bulvar Ərazisindəki ticarət-əyləncə mərkəzlərindən birində MMA döyüş növü üzrə yarış keçirilib. Lakin Həsən Əzizov yarışın keçirildiyi zala buraxılmayıb. O, zala daxil olmaq istəyərkən münaqişə baş verib və Ruslan Əfəndiyevlə tələbələri idmançını kütləvi şəkildə döyərək xəsarətlər yetiriblər. Bundan sonra H.Əzizov tibb müəssisəsinə və polisə müraciət edib. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Adları çəkilən idmançılar barəsində Xətai Rayon Məhkəməsi 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib. Hadisənin digər iştirakçıları Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

# 1719
avatar

Oxşar yazılar

Salyanda DƏHŞƏT:  22 yaşlı oğlan özünü asdı

Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı

4 may 2024 , 10:02
Qaxda mağaza sahibindən oğurluq edilib - VİDEO

Qaxda mağaza sahibindən oğurluq edilib - VİDEO

4 may 2024 , 09:24
Bakının bu yolunda sürət həddi endirildi - YENİLƏNİB

Bakının bu yolunda sürət həddi endirildi - YENİLƏNİB

4 may 2024 , 07:45
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27