Xırdalanda DƏHŞƏT:  arvadını və özünü güllələdi
02 oktyabr 2023 15:20 (UTC +04:00)

Xırdalanda DƏHŞƏT: arvadını və özünü güllələdi

Bu gün saat 14 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisindəki evlərin birində 61 yaşlı Xəlifə Sərkərovun odlu silahdan atəş açaraq arvadı, 56 yaşlı Gülnarə Sərkərovanı öldürməsi və daha sonra həmin silahla intihar etməsi barədə polisə məlumat daxil olub. 

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.

# 4224
avatar

Oxşar yazılar