Zeynalov cinayət yerində olmadığını bildirib
18 oktyabr 2013 21:23 (UTC +04:00)

Zeynalov cinayət yerində olmadığını bildirib

Moskvanın qərbi Birülyovo rayonunda bir nəfərin qətlində ittiham olunan Orxan Zeynalov istintaq zamanı suçsuz olduğunu və cinayət yerində olmadığını bildirib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Rusiya İstintaq Komitəsinin təmsilçisi Vladimir Markin bu haqda açıqlama verib.

 

 

«İstintaqın məlumatına əsasən, Zeynalov ona qarşı sürülən ittihamları rədd edib. Halbuki o, bir müddət öncə şübhəli şəxs qismində sorğu-sual edilərkən, oktyabrın 9-dan 10-a keçən gecə Yeqor Şerbakova bıçaq zərbəsi endirdiyini etiraf etmişdi. Bu gün isə o, cinayət yerində olmadığını və qətli törətmədiyini bildirib» - deyə, V.Markin söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2237

Oxşar yazılar