Zaqatalada yol qəzası: 2 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb
26 sentyabr 2013 22:07 (UTC +04:00)

Zaqatalada yol qəzası: 2 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb

Zaqatalada ağır yol nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam 20:00 radələrində Zaqatala-Danaçı yolunun 20-ci kilometrliyində baş verib.

 

Zaqatala rayonu Aşağı Çardaqlar kənd sakini 1990-cı il təvəllüdlü Kaxayev Elçin Şamil oğlu idarə etdiyi 99 FC 655 dövlət qeydiyyat nişanlı “Nissan Teana” markalı avtomobillə Aşağı Çardaqlar kəndi yolu istiqamətində hərəkət edərkən idarəetməni itirərək avtomobili yolun kənarındakı ağaca çırpıb.

 

Baş vermiş hadisə nəticəsində sürücü Kaxayev Elçin Şamil oğlu və sərnişin Zaqatala rayonu Dardoqqaz kənd sakini 1984-cü il təvəllüdlü Musayev Sərxan Bədrəddin oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində hadisə yerindəcə keçinib.

 

Avtomobildə olan digər sərnişinlər Açağı Çardaqlar kənd sakini 1992-ci il təvəllüdlü Məcidov Elvin Ramazan oğlu və Yuxarı Tala kənd sakini 1993-cü il təvəllüdlü Əliyev Şaban Cəmaləddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Zaqatala Mərkəzi Rayon Xəstəxanasıdan APA-ya verilən xəbərə görə, xəstəxanaya daxil olan Əliyev Şabanın vəziyyəti orta ağır qiymətləndirilir, xəstəxananın reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Elvin Məcidovun xəsarətləri yüngül olduğundan xəstəxanada yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıb.

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1525
avatar

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO

19 may 2024 , 00:28
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20