Yük maşını 22 yaşlı gənci vurub
27 sentyabr 2013 00:32 (UTC +04:00)

Yük maşını 22 yaşlı gənci vurub

Sentyabrın 26-da axşam saatlarında Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.  APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini 1992-ci il təvəllüdlü Hacıyev Səhman Həbibulla oğlu “KAMAZ” markalı yük maşını tərəfindən vurulub. O, müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan gəncə qapalı kəllə-beyin travması, beyin silkələnməsi diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 871

Oxşar yazılar