Yol qırğını davam edir: 5 ölü, 14 yaralı
25 sentyabr 2013 11:37 (UTC +04:00)

Yol qırğını davam edir: 5 ölü, 14 yaralı

Sentyabrın 24-də Azərbaycanın müxtəlif ərazilərində baş vermiş yol qəzalarında 5 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, dünən ümumilikdə 9 ciddi yol-nəqliyyat hadisəsi olub. Bu hadisələrdə həlak olan 5 nəfərlə yanaşı, 14 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Bakıda baş vermiş qəzalarda 3 nəfər həlak olub. Nəsimi rayonunda avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər həlak olub. Xəzər rayonunda baş vermiş yol qəzası da bir nəfərin həyatına son qoyub.

# 913
avatar

Nizam Rza

Oxşar yazılar