Yol polisindən 1000 km qaçan azərbaycanlı maşını aşırdı
26 sentyabr 2013 18:51 (UTC +04:00)

Yol polisindən 1000 km qaçan azərbaycanlı maşını aşırdı

Bu gün Rusiyada film səhnələrinə bənzəyən olay yaşanıb.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, polis Yaroslav şəhərinin mərkəzində yol hərəkəti qaydalarını pozan “Suzuki Qrand Vitara” markalı avtomobili saxlamaq istəyib.

Ancaq sürücü yoluna davam edib. Avtomobildə gənc oğlan və qız sərnişinlər də olub. Dövlət Yol Polisinin əməkdaşları avtomobillə təqibə başlayıb. Polislərdən yayınmağa çalışan sürücü Rostov rayonuna istiqamət götürüb. O, yol boyu bəzi yerlərdə sürəti saatda 150 km-ə qaldırıb, hətta qarşı yollara da keçib. 1000 km-dən çox məsafə qət edən sürücü Rostovun Semibratov qəsəbəsində idarəetməni itirib. Nəticədə avtomobil aşıb, daha sonra da yanmağa başlayıb. Polis avtomobili idarə edən gənci və onun iki sərnişinini çıxarıb. Xəsarət alan yoxdur.

Araşdırma zamanı avtomobilin 21 yaşlı sürücüsünün Azərbaycan əsilli olduğu üzə çıxıb. Araşdırma aparılır.

 

# 6886
avatar

Oxşar yazılar