Bakıda yeni doğulan körpə xəstəxanada ölüb. Hadisə 7 saylı doğum evində baş verib.
Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, bu dəqiqədə Bakı şəhəri 7 saylı doğum evində həkimlər körpənin anası, Naxçıvan sakini, 1982-ci il təvəllüdlü Xəyalə Abdulla qızı Əsgərovanın həyatı uğrunda mübarizə aparır.
Hazırda ana reanmasiyaya yerləşdirilib. Həkimlərin dediyinə görə, onun vəziyyəti ümidvericidir.
Hadisə yerinə 25-ci polis bölməsinin əməkdaşları da gəliblər.
Məlumata görə, bu X.Əsgərovanın ilk övladı olub və doğuş təbii yolla həyata keçirilib.