Yadigar Sadıqlının cəzası 4 ilə endirildi
22 iyul 2014 18:32 (UTC +04:00)

Yadigar Sadıqlının cəzası 4 ilə endirildi

Şirvan Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müşaviri Yadigar Sadıqlının apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.


 

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, Y. Sadıqlının cəzası 6 ildən 4 ilə endirilib.

 

Qeyd edək ki, Y. Sadıqov ötən il iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında saxlanılıb. R. Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqlının iki nəfərlə birgə onu döydüyünü bildirib. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Y. Sadıqlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605

Oxşar yazılar