Xəzərdə batan şəxs universitet tələbəsi imiş - YENİLƏNİB
22 iyul 2014 18:34 (UTC +04:00)

Xəzərdə batan şəxs universitet tələbəsi imiş - YENİLƏNİB

Xəzər dənizinin Astara rayonu ərazisində suda boğulan 1994-cü il təvəllüdlü Faiq Hafiz Fətullayevin meyiti sudan çıxarılıb.

 

APA-nın cənub bürosunun xəbərinə görə, meyit  Faiq Fətullayevin boğulduğu yerdən 200 metr aralıda tapılıb.

 

Qeyd edək ki, Hafiz Fətullayev Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi olub.

 

*****

 

18:26

 

Xəzər dənizinin Astara rayonu ərazisində suda boğulma faktı baş verib. APA-nın cənub bürosunun xəbərinə görə, hadisə bu gün 16.30 radələrində Astara şəhərinin “Köhnə avtobaza” adlanan ərazisində, nəzarət olunmayan çimərlikdə qeydə alınıb.

Suda batan şəxsin rayonun Təngərud kənd sakini, 1994-cü il təvəllüdlü Faiq Hafiz Fətullayev olduğu bildirilib. 

 

Hazırda onun meyitinin tapılması üçün Fövqəladə Hallar Nazirliyinin dalğıc qrupu tərəfindən axtarışlar aparılır.

 

Məlumata görə, Hafiz Fətullayev Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1744

Oxşar yazılar