Ukraynada azərbaycanlıların ölümü ilə bağlı məsələ xüsusi nəzarətə götürülüb
01 oktyabr 2016 11:05 (UTC +04:00)

Ukraynada azərbaycanlıların ölümü ilə bağlı məsələ xüsusi nəzarətə götürülüb

 

"Ukraynada azərbaycanlıların öldürülməsi və digər cinayətlərin baş verməsi ilə əlaqədar Ukraynanın baş prokuroru ilə rəsmi yazışmalarımız var, telefon əlaqəsi yaratmışıq. O, bizim müraciətimizə ciddi yanaşıb".

 

APA-nın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov deyib.

 

Z. Qaralov bildirib ki, Ukraynanın baş prokuroru azərbaycanlıların zərər çəkməsi ilə bağlı qaldırılan cinayət işlərini xüsusi nəzarətə götürüb: "Bu yaxınlarda Ukraynadakı Azərbaycan icmasının sədri və digərləri onun qəbulunda olacaqlar. Bütün bu işlərlə bağlı lazımı tədbirlər görülür".

 

Qeyd edək ki, sentyabrın 16-da Azərbaycanın baş prokuroru Zakir Qaralov son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin baş prokuroru Yuri Lutsenkoya müraciət edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157

Oxşar yazılar