Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax magistralının Tovuz rayonunun Qovlar qəsəbəsindən keçən ərazisində qeydə alınıb. Qazax rayon sakini, 1965-ci il təvəllüdlü Əziz Rüstəmov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralını xilas etmək mümkün olmayıb. Hazırda qəzanı törədən avtomobilin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Oxşar yazılar

Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01
Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00