Tanınmış şair-rəssam Adil Mirseyid vəfat edib
17 iyul 2014 09:59 (UTC +04:00)

Tanınmış şair-rəssam Adil Mirseyid vəfat edib

 

Uzun müddətdir qaraciyər serrozundan əziyyət çəkən tanınmış şair – rəssam Adil Mirseyid bu səhər vəfat edib. 


Lent.az-ın məlumatına görə, bu barədə AYB-in mətbuat xidmətinin rəhbəri Xəyal Rza öz facebbook səhifəsində məlumat verib. 

Qeyd edək ki, Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləyib (1975-1978). Sonra Bakıda müxtəlif vəzifələrdə çalışıb (1978-1983). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində iki il redaktor vəzifələrində çalışıb (1992-1993).

Allah rəhmət eləsin.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1337

Oxşar yazılar