Sürücülərin nəzərinə: Bakının ən böyük prospekti bağlandı
24 sentyabr 2013 11:57 (UTC +04:00)

Sürücülərin nəzərinə: Bakının ən böyük prospekti bağlandı

Bu gün səhər saatlarından etibarən Bakının ən böyük prospekti olan Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Bağırov körpüsünün yaxınlığında əsas yolda təmir işləri aparıldığından metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Kənar yollar sürücülərin istifadəsi üçün açıqdır.

 

Əsas yolun nə vaxt açılacağı barədə məlumat verilmir.

# 6063
avatar

Nizam Rza

Oxşar yazılar