Şirvanda sürücü iki piyadanı vuraraq, hadisə yerindən qaçıb
17 yanvar 2014 00:17 (UTC +04:00)

Şirvanda sürücü iki piyadanı vuraraq, hadisə yerindən qaçıb

0

Şirvanda iki piyadanı vuran avtomobil hadisə yerindən qaçıb. Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Polis Şöbəsinin qarşısında qeydə alınıb.

 

Naməlum avtomobil yolu keçmək istəyən - 1974-cü il təvəllüdlü Mübariz Əlizamin oğlu Bağırovu və xalası oğlu 1991-ci il təvəllüdlü Əliyev Hüseyn İsmayıl oğlunu vurub. Hər iki şəxs ağır xəsarətlə Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Polis hazırda yol-nəqliyyat hadisəsi törədən şəxsin tapılması istiqamətində iş aparır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 784

Oxşar yazılar