Şirvanda maye qaz balonu partlayıb, 3 ev yanıb
30 avqust 2013 20:07 (UTC +04:00)

Şirvanda maye qaz balonu partlayıb, 3 ev yanıb

Şirvanda maye qaz balonunun partlaması 3 fərdi yaşayış evinin yanmasına səbəb olub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan Yanğından Mühafizə Xidmətindən məlumat verilib. Bu gün saat 16:15 radələrində Şirvan şəhərinin Çılpaqlı qəsəbəsində Neftçilər küçəsində yerləşən Əlihüseyn Balakişiyevə məxsus evdə maye qaz balonunun partlaması nəticəsində yanğın baş verib. Nəticədə Əlihüseyn Balakişiyevə məxsus 2 mərtəbəli fərdi yaşayış evində  yanğın başlayıb. Yangın Əlihüseyinin Balakişiyevə məxsus digər fərdi yaşayış evinə və daha bir  qonşunun - İsayev Fərziyin evinə keçib.   Hadisə yerinə Şirvan Yanğından Mühafizə Hissəsinin briqadaları cəlb olunub. Küçələrin ensiz olması və külək yanğının söndürülməsində çətinliklər törədib. Bir müddətdən sonra yanğın lokallaşdırılıb. İki ev tamamilə yanıb. Ümumilikdə yanğın 350 kvadratmetr ərazini əhatə edib. Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 824

Oxşar yazılar