Şirvanda 3 ev yandı
31 avqust 2013 10:00 (UTC +04:00)

Şirvanda 3 ev yandı

 

Avqustun 30-da Şirvan şəhərində güclü yanğın qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şirvan şəhərində vətəndaşa məxsus hər mərtəbəsi 330 kv.m olan ikimərtəbəli 12 otaqlı evin 2-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 330 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları, yaxınlıqdakı digər vətəndaşa məxsus hər  mərtəbəsi 216 kv.m olan 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 3 otağın, mətbəxin və aynabəndin yanar konstruksiyaları 216 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.

 

 

Hər iki evin 1-ci mərtəbələri və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar