“Rusiya dünya miqyasında müsəlmanların yüksək hörmətini və etimadını qazanıb”. Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, bunu QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Rusiyanın Ufa şəhərində keçirilən Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin 225 illiyinə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı bildirib. O deyib ki, Rusiya İslam dünyasına və mədəniyyətinə ehtiramla yanaşır: “Bu, özünü Suriya məsələsinin siyasi həlli zamanı göstərib. Biz müsəlmanlar Vladimir Vladimiroviçə bu sülhməramlı missiyaya görə dərin təşəkkürlərimizi bildiririk. Rus Pravoslav Kilsəsi və Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirərək biz patriarx Kirill ilə xalqlarımızın və dövlətlərimizin xeyrinə, MDB ölkələrində konfessiyalar və xalqlararası sülhün möhkəmləndirilməsinə xidmət edən əməkdaşlığımızı daha da dərinləşdirmək niyyətindəyik”.

Oxşar yazılar

Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01
Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00