Sevdiyi qızı öldürdü, onun ata-anasını və özünü bıçaqladı
28 aprel 2013 19:37 (UTC +04:00)

Sevdiyi qızı öldürdü, onun ata-anasını və özünü bıçaqladı

 

Şirvanda bir nəfərin ölümünə, 3 nəfərin yaralanmasına səbəb olan ailə dramı baş verib.  Bu barədəAPA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib.  

 

Məlumata görə, bu gün axşam saatlarında Şirvan şəhəri, Ə.Qarayev küçəsi ev 13 ünvanında bıçaqlanma hadisəsi baş verib.

 

 

Həmin ünvanda yaşayan 1997-ci il təvəllüdlü Əliyeva Maya Rahil qızı Şirvan şəhəri, Q. Qarayev küçəsi 63 ünvanında yaşayan, 1963-cü il təvəllüdlü Nəhmədov Savalan Əvəzağa oğlu tərəfindən qətlə yetirilib.

 

Belə ki, saat 18:30 radələrində Savalan Nəhmədov sevdiyi qızın evinə gələrək, onun atası, 1958-ci il təvəllüdlü Əliyev Rahil Hümbət oğlunu, anası, 1960-cı il təvəllüdlü Əliyeva Aidə Şamil qızını və nəhayət, sevdiyi 1997-ci il təvəllüdlü Əliyeva Maya Rahil qızını bıçaqla vurub. Hadisəni törədərək qaçan Savalan Nəhmədov küçədə özünə də bıçaqla xəsarət yetirib. Yaralılar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilsələr də, 16 yaşlı Maya Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.  

 

Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılıb.

# 7235
avatar

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO -YENİLƏNİB

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO-YENİLƏNİB

19 may 2024 , 01:59
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20