Şəkidə avtoqəza: bir nəfər ölüb
04 iyun 2013 01:32 (UTC +04:00)

Şəkidə avtoqəza: bir nəfər ölüb

Şəki rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, İsmayıllı-Qaraməryəm-Şəki yolunun 141-ci kilometrliyində, Şəki ərazisində, Şəki sakini Kərimov İlham Nizaməddin oğlunun idarə etdiyi 55 BH 470 dövlət nömrə nişanlı «VAZ 21099» markalı minik avtomobili ilə Şəkinin Kövər Zəyzid kənd sakini Bəkirov Qüdrət Mürsəl oğlunun idarə etdiyi 55 T 964 dövlət nömrə nişanlı traktor toqquşub. İnsident nəticəsində «21099» yoldan kənara çıxıb. Minik avtomobilinin sərnişinləri 1965-ci il təvəllüdlü Şəki rayonu Oxud kənd Lətifova Sevda Abdulsalam qızı və 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Kərimova Zöhrə Nizaməddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq Lətifova Sevdanın həyatını xilas etmək mümkün olmayıb və reanimasiya şöbəsində vəfat edib. Digər yaralının vəziyyəti orta ağır olaraq qalır.

 

Hadisə ilə bağlı DİN Baş dövlət yol polisi idarəsinin İstintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

 

# 755
avatar

Oxşar yazılar