Sabah Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşacaq
04 may 2013 14:58 (UTC +04:00)

Sabah Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşacaq

 

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.


Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

 

V. Əsədov bildirib ki, Bakıda keçirilən beynəlxalq velosiped turunun son günü ilə əlaqədar sabah paytaxtın Azneft meydanı, Neftçilər prospekti, Teymur Elçin küçəsi, Mehdi Hüseyn küçəsi, Parlament prospekti, Hüseyn Cavid prospekti, İnşaatçılar prospekti, S. Vurğun küçəsi, Bülbül küçəsi, Zərifə Əliyeva prospekti, Üzeyir Hacıbəyov küçəsi, Puşkin küçəsi və Azadlıq prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

 

V. Əsədov sürücülərə və şəhər sakinlərinə müraciət edib ki, göstərilən istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər.

 

# 906
avatar

Oxşar yazılar