Rusiyada terror törədənin kimliyi açıqlandı
21 oktyabr 2013 19:20 (UTC +04:00)

Rusiyada terror törədənin kimliyi açıqlandı

Rusiyanın Volqoqrad şəhərində avtobusda baş vermiş partlayışın islamçı qadın kamikadze tərəfindən törədildiyi bildirilir. 

ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə idarəsindən bildirilib. İdarənin təmsilçisi Valeri Safonovun məlumatına görə, avtobusda “quraşdırılmamış partlayıcı qurğu” işə düşüb. 

Son məlumatlara görə, terrorçu kamikadzenin şəxsiyyəti müəyyən edilib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, hadisəni Dağıstan vətəndaşı, 30 yaşlı Naidə Axiyalova törədib. Şübhəli qadının bu yaxınlarda islamı qəbul etdiyi və silahlı qruplaşmalardan birinə rəhbərlik etdiyi bildirilir. 

Xatırladaq ki, bu gün saat 14:05 radələrində Rusiyanın Volqoqrad şəhərində sərnişin avtobusu partladılıb. Partlayış "Volqoqrad Dövlət Universiteti" - “Yubileyniy” kinoteatrı marşrutu ilə hərəkətdə olan avtobusda baş verib. Avtobus “Lesobaza” dayanacağında olarkən partlayıb. Partlayış nəticəsində avtobusda olan 40 sərnişindən azı 5 nəfər ölüb, onlarla adam yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Rusiya Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, hadisə yerində hüquq-mühafizə orqanları çalışır. Yaralıların xəstəxanaya vaxtında çatdırılması üçün helikopterdən istifadə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2468

Oxşar yazılar