Ruslan Qaraxanlının meyiti Azərbaycana gətirilir
18 oktyabr 2013 12:37 (UTC +04:00)

Ruslan Qaraxanlının meyiti Azərbaycana gətirilir

Bir neçə gün öncə Rusiyada qətlə yetirilən Ruslan Qaraxanlının meyiti bu gün Azərbaycana gətiriləcək. Lent.az-ın Modern.az-a istinadən xəbərinə görə, mərhumun cənazəsi doğulduğu Şamaxı rayonunda yaşayan qohumlarına bu gün axşam saatlarında təhvil veriləcək.

Xatırladaq ki, oktyabrın 16-da Rusiya paytaxtında Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü Ruslan Arif oğlu Qaraxanlıdır. Onun küt alətlə döyüldüyü, daha sonra isə kəsici alətlə bədəninin müxtəlif yerlərinə zərbələr endirilməklə qətlə yetirildiyi bildirilib. Həmyerlimizi qətlə yetirənin kimliyi isə hələ də aşkar olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3721

Oxşar yazılar