Quran nüsxələrini yandırmaq istəyən keşiş azadlığa buraxılıb
13 sentyabr 2013 00:48 (UTC +04:00)

Quran nüsxələrini yandırmaq istəyən keşiş azadlığa buraxılıb

ABŞ-ın Florida ştatında 3000-dək Qurani-Kərim nüsxəsini yandırmağa cəhd edərkən həbs olunan amerikalı keşış Terri Cons girov müqabilində azadlığa buraxılıb.

 

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, polis Terri Consu və onun köməkçisini Florida ştatının Malberri şəhərində sentyabrın 11-dən 12-nə keçən gecə həbs edib. Din xadiminin idarə etdiyi yük maşınının qoşqusunda kerosinlə isladılmış 2998 ədəd Quran nüsxəsi aşkarlanıb. Pastor deyib ki, yandırmaq istədiyi Quran nüsxələrinin sayı 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş vermiş faciə qurbanlarının sayına bərabər olub.

 

Polis nümayəndəsi bildirib ki, həbs olunanların hər biri 2500 dollar məbləğində girov ödəyərək azadlığa buraxılıb. Onlar “təhlükəli materiallar” saxlamaqda ittiham olunurlar. İş üzrə ilk dinləmələr oktyabrın 15-nə təyin olunub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483
avatar

Oxşar yazılar