Qobustanda ağır yol qəzası: 3 nəfər ölüb - YENİLƏNİB
30 noyabr 2013 00:19 (UTC +04:00)

Qobustanda ağır yol qəzası: 3 nəfər ölüb - YENİLƏNİB

Noyabrın 29-da saat 21:37-də Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Salyan magistral yolunun 61-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

 

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, qəzanın baş verməsi və vətəndaşın  köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin Qobustan rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə  çıxıb.

 

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, sürücüsü məlum olmayan KamAZ markalı  90 JF 164  dövlət nömrə nişanlı  yük avtomobili  ilə şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi VAZ 2106 markalı 07 BD 435 dövlət nömrə nişanlı minik avtomobili  toqquşub.  Nəticədə  avtomobillər  ağır  deformasiyaya  uğrayıb.

 

Qəza zamanı VAZ 2106 markalı avtomobildə  olan sərnişin (kişi) zərbə nəticəsində avtomobilin ön hissəsindən yerə düşüb. O aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

 

Ağır deformasiyaya uğramış VAZ 2106 markalı avtomobildə sıxılmış  vəziyyətdə qalmış  sürücü və şəxsiyyəti məlum olmayan digər sərnişin (qadın) də aldığı müxtəlif  bədən xəsarətləri nəticəsində hadisə  yerində dünyasını dəyişib.

 

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri adıçəkilən avtomobildən çıxararaq, hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3252

Oxşar yazılar

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29
Ağdamdakı qəzada yaralanan 5 nəfərin  kimliyi məlum oldu - YENİLƏNİB

Ağdamdakı qəzada yaralanan 5 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB

26 iyul 2025 , 22:06
Laçında ağır qəza, 3 ölü, 1 yaralı

Laçında ağır qəza, 3 ölü, 1 yaralı

26 iyul 2025 , 21:27
Ağdam və Füzulidəki yanğınlar  tam söndürüldü

Ağdam və Füzulidəki yanğınlar tam söndürüldü

26 iyul 2025 , 20:17
Əkin sahələrini yandıranlar  saxlanıldı

Əkin sahələrini yandıranlar saxlanıldı

26 iyul 2025 , 20:11