Qardaş qardaşı bıçaqlayıb
13 sentyabr 2013 01:17 (UTC +04:00)

Qardaş qardaşı bıçaqlayıb

Gəncədə qardaş qardaşı bıçaqlayıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə sentyabrın 12-də saat 20 radələrində şəhərin Təbriz küçəsində baş verib.

 

Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Qurban Musayev yaşadığı evin qarşısında şəxsi münasibətlər zəminində, qardaşı, 1997-ci il təvəllüdlü Cavid Musayevi bıçaqlayıb. C. Musayev döş qəfəsinin və qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Onun səhhətinin ağır olduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 778
avatar

Oxşar yazılar