Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən qanunsuz dərman preparatları aşkar edilib. Bu barədə Lent.az-a komitədən məlumat verilib. Daxil olmuş əməliyyat məlumatı əsasında Aksiz Gömrük İdarəsinin və DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat idarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, “Azadlıq” metrostansiyası yaxınlığında Azərbaycan vətəndaşı 1959-cu il təvəllüdlü, Masallı rayonu, Boradigah qəsəbə sakini Musayev Malik Mirzə oğlundan Azərbaycan Respublikasının ərazisinə qanunsuz yolla gətirilmiş 2 ədəd karton yeşikdə hər birində 10 kapsula olmaqla 4480 konvalyut (ümumi sayı 44800 kapsula) dərman preparatı aşkar edilərək götürülüb.

Oxşar yazılar

Yevlaxda zəlzələ baş verdi
27 iyul 2025 , 23:15
Yevlaxda DƏHŞƏTLİ QƏTL: alışqan vermədiyi üçün öldürüldü
27 iyul 2025 , 21:21
Sumqayıtda FACİƏ: İki nəfər dənizdə boğuldu-VİDEO
27 iyul 2025 , 20:21
Bakıda bu yollar bağlanır - SƏBƏB
27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar
27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü
27 iyul 2025 , 12:47