
Bakıda qadını qatar vurub: YENİLƏNİB
"Hadisə bu gün saat 08:23-də baş verib".
Bu barədə Lent.az-a “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib. O qeyd edib ki, Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib:
"Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə yerinə dərhal Təcili Tibbi Yardım briqadası çağırılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb".
Hadisə ilə bağlı araşdırma aparılır.
***
10:03
Bakı şəhəri Keşlə qəsəbəsinin "Çerment körpüsü" kimi tanınan ərazisində qatar 32 yaşlı qadını vurub.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qadın açıq kəllə-beyin travması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Həmçinin xəstəxanadan yaralının vəziyyətinin kritik olduğu bildirilib.
Oxşar yazılar

Təyyarəyə gecikən kişi onu partlatmaqla hədələdi
15 iyun 2025 , 19:55
"Batya Vasmoyski" öldü
15 iyun 2025 , 19:28
Sabirabadda klinikada baş verən yanğın söndürülüb - FOTOLENT -VİDEO -YENİLƏNİB
15 iyun 2025 , 18:44
Göygöldə 21 yaşlı gənc oğlanı elektrik cərəyanı vurdu
15 iyun 2025 , 18:18
Bakının Şıx çimərliyində dənizdə batan iki yeniyetmənin meyiti tapıldı -VİDEO -YENİLƏNİB
15 iyun 2025 , 17:08
Biləsuvarda baş verən qəzada 2 nəfər öldü -YENİLƏNİB
15 iyun 2025 , 16:01
Cəlilabadda yük avtomobili yandı -VİDEO
15 iyun 2025 , 13:56