Paytaxtda avtomobil oğurlayan şəxs tutuldu
07 dekabr 2013 11:24 (UTC +04:00)

Paytaxtda avtomobil oğurlayan şəxs tutuldu

Bakıda avtomobil oğurlayan şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində avtomobil qaçırmaqda və oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Aydın Ağayev və Babək Əhmədov tutulublar. Məlum olub ki, onlar oktyabrın 24-nə keçən gecə, Hövsan qəsəbəsi Şahsuvarov küçəsində Rahib Həsənova məxsus «VAZ-2107»,  noyabrın 21-nə kecən gecə isə Ş.Ziyadov küçəsində Rafiq Əliyevə məxsus «Ford-Tranzit» markalı avtomobilləri qaçırıblar. Bundan başqa oktyabrın 29-da Hövsan qəsəbəsi E.Qasımov küçəsində Elçin Məmmədova məxsus «VAZ-21011» markalı avtomobildən şəxsiyyət vəsiqəsi, noyabrın 15-nə keçən gecə isə Hövsan qəsəbəsi 12/13-cü məhəllədə Etibar Əliyarova məxsus «VAZ-2107» markalı avtomobildən pul oğurlayıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877

Oxşar yazılar