Pakistan talibanının 95 minlik lideri öldürüldü
24 fevral 2014 22:53 (UTC +04:00)

Pakistan talibanının 95 minlik lideri öldürüldü

0

Pakistandakı taliban hərəkatı liderlərindən İsmətullah Şahin Əfqanıstanla sərhəddə, Şimali Vəziristan əyalətində pusquya salınaraq, öldürülüb.

 

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, basqın zamanı onun üç yaxın adamı da qətlə yetirilib.

 

İ.Şahin ötən il Həkimullah Məsud öldürüldükdən sonra qısa  müddətə talibanın Pakistandakı lideri elan edilmişdi. Ondan sonra bu vəzifəyə Mola Fəzlullah gətirilmişdi.

 

İ.Şahin Pakistanda ən çox axtarılan taliban rəhbərlərindən olub. Onun öldürənə 95 min dollar mükafat  təyin edilmişdi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 848

Oxşar yazılar