Bakıdakı həbsxanalardan birinə narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, hadisə 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində AR Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 177.3.3; 66.3 və 67-ci maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Mayıl Şərafəddin oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası, Ağsu rayonu, Pirhəsənli kənd sakini Əsmarə Barat qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman, əl çantasında olan saç üçün rezinin içərisində gümüşü kağıza bükülərək gizlədilmiş 4,153 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.

Övladı üçün cinayətə əl atdı - BAKIDA
Oxşar yazılar

Ağdam və Ağdərədəki yanğın gecə boyunca davam edib - VİDEO - YENİLƏNİB 2
23 iyul 2025 , 05:28
Kürdəmirdə 8 nəfər qidadan zəhərləndi
23 iyul 2025 , 03:45
Gəncədə orta yaşlı kişi bıçaqlandı
23 iyul 2025 , 01:44
Sumqayıtda 44 yaşlı kişini oğlanları döyüb öldürdülər - YENİLƏNİB
22 iyul 2025 , 21:57
Azərbaycanda 87 yaşlı qadın sirkə turşusundan zəhərlənib öldü
22 iyul 2025 , 19:33
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər və hüquqi varisləri ifadə veriblər
22 iyul 2025 , 19:01
Biləsuvar xəstəxanasında FACİƏ: Əməliyyata gətirilən 3 yaşlı uşaq öldü - YENİLƏNİB
22 iyul 2025 , 18:52